Salam. 
Mənim adım Mikayıldır. Məktəb illərindən fotoqrafiyaya xüsusi marağım olub. Rəqəmsal fotoaparatla yaranan həvəsim sayəsində özümü fotoqrafiya tarixi ilə tanış etdim. Bu tarixdən ilhamlanaraq indiyə kimi ən keyfiyyətli fotoqrafiyaya - analoq fotoqrafiyasına başlamaq qərarına gəldim. İlk professional fotoqrafiya ilə təcrübəm Helios obyektivli Zenit 12 CD kamerası və Kodak Ektar 100 fotolenti ilə başladı. Daha sonra Fujifilm 400H, Kodak Portra, Kodak Ektar kimi rəngli neqativ lentlərini də sınadım. Həmçinin Kodak T-Max 400 və 100, İlford HP5 Plus, Arista Edu 400 kimi ağ-qara lentlər ilə çəkiliş etdim. Bir müddət sonra Amerikaya yarım illik səfərim ərzində Pentax Program Plus kamerasını əldə etdim. Bununla yanaşı ağ-qara lentlərin, və ya başqa cür desək filmlərin aşkarlanması və fiksasiyası texnikasına yiyələnərək bu işləri özüm həyata keçirməyə başladım. Şübhəsiz ki, bir fotoqraf kimi Çikago, Vaşinqton, Nyu-York kimi şəhərlərdə çəkiliş etmək mənim üçün böyük bir təcrübə oldu və fotoqrafiyada professionallığımın inkişafı üçün güclü təkan oldu. 
Bununla yanaşı mən heç zaman rəqəmsal fotoqrafiyadan imtina etmədim. Analoq fotoqrafiyası xüsusilik və estetika verirsə, rəqəmsal fotoqrafiya çeviklik, rahatlıq və dəqiqliyi ilə üstündür. Hazırda Zenit 11 və Pentax Program Plus analoq aparatları, Canon EOS 800D Rəqəmsal aparatı, və EFS 18-55, EF 75-300 obyektivləri ilə fotoçəkiliş aparıram. Fotolarda daha çox təbii və şəhər mənzərələrinə üstünlük verir, və ya müxtəlif əşyaların görünməz gözəlliklərini vurğulamağa çalışıram. Son zamanlar Bakının XIX-XX əsrin tarixi arxitektur məqamlarının çəkilişi mənim üşün xüsusi önəm verir. Hazırda "Köhnə Bakının Memarlıq İnciləri" başlıqlı kitabımın üzərində çalışıram.
Portfoliomda həm rəqəmsal, həm də analoq fotolarım ilə tanış ola bilərsiniz. Hər hansı bir sorğunuz və ya sualınız yaranarsa "Əlaqə" bölməsi ilə müraciət edə bilərsiniz.
Hörmətlə,
Mikayıl M. Məmmədov
Back to Top